AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ

Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gəlmişlər... 20 noyabr 2018-ci il


Fövqəladə Hallar Nazirliyi 15-16 noyabr 2018-ci il tarixində Şirvan şəhərində, Şirvan və Cənub İstilik Elektrik Stansiyalarının ərazisində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi keçirmişdir. 16 noyabr 2018-ci il


15-16 noyabr 2018-ci il tarixlərində Şirvan şəhərində, Şirvan və Cənub İstilik Elektrik Stansiyalarının ərazisində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlimi keçiriləcək. 12 noyabr 2018-ci il


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır...


Abşeron rayonunun Saray qəsəbəsində ümumi sahəsi 20 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır...


Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov...

Ümumi məlumat


FHN-nin Su Ehtiyatları Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2011-ci il tarixli 389 nömrəli Fərmanı ilə ölkənin su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə yaradılmışdıır.
Nazirlər Kabinetinin 18 fevral 2011-ci il tarixli 50s nömrəli Sərəncamı ilə Kür çayı üzərində  strateji əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara kaskad su anbarları, Ceyranbatan su anbarı, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Şəmkir Maşın kanallarının baş suqəbuledici qurğuları Nazirliyin balansına verilmişdir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi balansında olan dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsini təmin edən, ölkədə su anbarlarının texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, ölkə ərazisində yerüstü, yeraltı su ehtiyatlarının, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparan və ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsini həyata keçirən icra hakimiyyəti orqanıdır.

 
 

Mühafizə

- balansında olan dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;
- su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin və dövlət əhəmiyyətli su anbarlarının monitorinqinin həyata keçirilməsində iştirak etmək;
- aidiyyəti qurumların iştirakı ilə ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlər görmək;

 

Nəticələrinin aradan qaldırılması

Nazirliyin digər struktur bölmələri və müvafiq dövlət orqanları ilə birlikdə su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin fövqəladə hallardan qorunmasında, qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında iştirak etmək;

 

Səmərəli istismar

- aidiyyəti qurumların iştirakı ilə dövlət əhəmiyyətli su anbarlarının səmərəli istismarı ilə bağlı tədbirlər görmək;
- balansındakı su obyektlərini kompleks şəkildə idarə etmək, habelə hidrotexniki qurğuların və su təchizatı sistemlərinin səmərəli istismarını təmin etmək.

Rəhbərlik haqqında məlumat


Kamal Vaqif oğlu Qurbanov

Azərbaycan Respublikası FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəisi.

12 iyul 1972-ci ildə Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub.
Moskva Dövlət universitetini bitirib.






Akif Əskərov Rəhimoviç

Azərbaycan Respublikası FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavini.

22 oktyabr 1958-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olub.





Ziya Elxan oğlu Süleymanov

Azərbaycan Respublikası FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavini.

03 oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin 08 fevral 2017-ci il tarixli əmri ilə-Felsefe üzrə iqtisadiyyat doktoru təyin edilmişdir.
Ailəlidir. 3 övladı var.