AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ





Geri

11 avqust 2020-ci il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Geri

11 avqust 2020-ci il saat 14:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtbəsində ümumi sahəsi 40 m² olan mənzilin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 avqust 2020-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Neftçala rayonunun Aşağı Qaramanlı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Rustov kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 40 m² olan talvarın lambirindən ibarət tavanı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 avqust 2020-ci il saat 13:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

11 avqust 2020-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Geri

11 avqust 2020-ci il saat 07:45-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 35 m² olan mağazanın sanitar otağında hava təmizləyici qurğu və su sayğacı yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 1 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunun Çaxçaxlı kəndində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 4 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.