AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ






Geri

16 may 2019-cu il saat 20:45-dək:

Bakı şəhərinin Nəsimi rayonunda birmərtəbəli kommunal tipli yaşayış binasının qarşısına yığılan ev əşyaları 5 m² sahədə və ümumi sahəsi 25 m² olan 2 otaqlı mənzilin 1 otağının pəncərə çərçivəsi 2 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qəbələ rayonunun Aydınqışlaq kəndində ümumi sahəsi 140 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 5 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Saatlı rayonunun Musalı kəndində ümumi sahəsi 180 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 may 2019-cu il saat 19:00-dək:

Şəki şəhərinin Vərəzət kəndində "Belarus" markalı traktorun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 may 2019-cu il saat 11:00-dək:

Bakı şəhərinin Yasamal rayonunda "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 may 2019-cu il saat 03:00-dək:

Bakı şəhərinin Qaradağ rayonunda "Kia" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağsu rayonunun Ləngəbiz kəndində ümumi sahəsi 56 m² olan tövlənin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli tikilinin (mağaza kimi fəaliyyət göstərir) içərisində 2 ədəd soyuducu yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 12 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.