AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ






Geri

09 yanvar 2019-cu il saat 10:45-dək:

Gəncə şəhərinin Nizami rayonunda xəstəxananın yerləşdiyi ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan, taxta konstruksiyalardan ibarət ikimərtəbəli binanın (iki korpusdan ibarətdir) birinci korpusunun 1-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın tavanı 3 m² sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın döşəməsi 1 m² sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmişdir.​

Geri

09 yanvar 2019-cu il saat 08:00-dək:

 

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş vermişdir. Partlayış dalğasının təsirindən evin çöl divarı həyətdə dayanmış "Tofaş" markalı avtomobilin üzərinə aşmışdır. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanmışdır. Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilmişdir. Bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Geri

09 yanvar 2019-cu il saat 06:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Geri

09 yanvar 2019-cu il saat 03:30-dək:

Kürdəmir rayonunun Yenikənd kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.