AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ






Geri

FHN Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2019-cu ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü ELAN edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman MMC”, “Karat-Holdinq”, “Karmen MMC”, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Muğan” ASC “Aveta” MMC, “Karat-Holdinq” MMC-nin Şəki bölməsi, “Xaçmaz-Taxıl” MMC, “Xırman” MMC, “AZAQROTAXIL” MMC, “Sarı Sünbül” firması, “Azəri-Arapoğlu” US T.LTD BM və “SAF Ekspress Aqro” MMC müəssisələri vasitəsilə cari ilin iyun ayının 20-dən sentyabr ayının 1-nə kimi “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq məhsullarının qiymətinin dəyişməsi ilə bağlı operativ tədbirlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsi arasında bağlanmış Razılaşmaya əsasən İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu üzvlərinin təkliflərinə əsasən yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 300 AZN olmaqla (taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcəkdir:

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

  • buğda üçün – 750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə)

  • buğda üçün – 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

  • buğda üçün – 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə):

  • bütün bitkilər üçün – 13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq:

  • 3-cü sinif buğda üçün – 23 faizdən az olmamaqla
  • yapışqanlığın keyfiyyəti – 2-ci qrupdan aşağı olmamaqla (göstərici: 65-75)

VI.  Şüşəvarilik:

  • 3-cü sinif buğda üçün – 40% -dən az olmamaqla

VII.  İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad – yol verilmir                        

VIII.  Sürmə ilə sirayətlənmiş dənlər – yol verilmir

IX. Anbar ziyanvericiləri  ilə sirayətlənmə - yol verilmir                                                                  

X.  Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) – yol verilmir

Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (9:00 -dan 18:00 -a kimi):

  • “Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;
  • “Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06;
  • “Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi, tel:  012-342-90-04; 050-488-88-80;
  • “Dəvəçi-Dəyirman MMC”: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;                                        
  • “Karat-Holdinq”: Xirdalan şəhəri,  Samaxı şossesi-23,  tel: 050-222-38-36;
  • “Karmen”  MMC: Abşeron rayonu, Yeni  Samaxı şossesi-23,  tel: 050-265-80-75;                        
  • “Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel: 050-320-64-54;
  • “N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel: 012-566-00-44; 050-214-72-81;
  • “Muğan” ASC “, Bakı şəhəri, Əli bəy Hüseynzadə küç., tel: 012-596-50-74, 012- 497-43-58, 050-322-12-75;
  • “Aveta” MMC: Kürdəmir şəhəri, Bakı pospekti 6, tel: 0-50-200-11-87;
  • “Karat-Holdinq” MMC-nin Şəki bölməsi, tel: 050-613-53-69; 
  • “Xaçmaz-Taxıl” MMC: Xaçmaz şəhəri, tel: 050-590-18-36;
  • “Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;
  • “SAF Ekspress Aqro” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92;
  • “Azəri-Arapoğlu” US və T.LTD BM, Gəncə şəhəri, tel:  050 222 65 22;
  • “Azaqrotaxıl” MMC, Ağcabədi rayonu, Hindarxı kəndi, tel: 050-255-49-55;
  • “Sarı Sünbül” firması, Giləzi, tel: 050-212-29-66.

Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:

  • Dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti. Uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 1 iyul 2018-ci il tarixindən buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilir;
  • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25  və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən respublikanın rayonlarında vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 26 iyul 2019-cu il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində, Nazirliyin Qarabağ Regional Mərkəzinin binasında saat 11.00-dan Ağdam rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcəkdir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

20-28 iyul 2019-cu il tarixlərində Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq....

Ardını oxu

Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatı

İyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın, təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb......

Ardını oxu