AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ






Geri

FHN Sumqayıt şəhəri və Bakı şəhərinin Qaradağ rayonu üzrə işə qəbulla əlaqədar müsabiqə elan edir

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri və Bakı şəhərinin Qaradağ rayonu üzrə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Müsabiqədə həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 30.06.2019-cu il tarixinədək tamam olmamış, boyu 170 sm və yuxarı olan, tam orta və ya orta-ixtisas təhsilli, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

18 may 2019-cu il tarixində saat 10:00-dan 17:00-dək Sumqayıt şəhəri, FHN-in Sumqayıt Regional Mərkəzinin inzibati binasında (ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi, 9) keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Sumqayıt şəhəri sakinləri və həmin şəhərdə məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.

18 may 2019-cu il tarixində saat 10:00-dan 17:00-dək FHN-in Qaradağ rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin 14 nömrəli Yanğından Mühafizə bölməsinin (ünvan: Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi) inzibati binasında keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Lökbatan, Puta, Korgöz, Qızıldaş, AZNS, Şonqar, Sahil, Ümid, Səngəçal, Çeyildağ, Qobustan, Daşgil, Ələt, Müşfiqabad və Qobu qəsəbələrinin sakinləri və həmin qəsəbələrdə məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.

Müsabiqədə iştirak etmək üçün müraciət edən vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tərcümeyi-hal;
  • şəxsiyyət vəsiqəsi;
  • təhsil haqqında sənəd (attestat və s.);
  • hərbi bilet;
  • sağlamlıq haqqında arayış (Forma № 086);
  • Vərəm Əleyhinə Dispanserdən arayış;
  • Dəri-Zöhrəvi Dispanserdən arayış;
  • Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış;
  • Narkoloji Dispanserdən arayış.

Qeyd: vətəndaşlar fiziki hazırlıq üzrə yoxlamada iştirak etmək üçün uyğun geyimdə (idman ayaqqabısı və s.) olmalıdırlar.

Əlavə məlumat üçün (012) 512-05-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 64 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək....

Ardını oxu

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. ...

Ardını oxu