AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ







Geri

FHN DYMX Heydər Əliyev adına Dərin Özüllər Zavodunda yanğın təhlükəsizliyi tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 9 aprel 2018-ci il tarixində Heydər Əliyev adına Dərin Özüllər Zavodunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbir keçirmişdir. Tədbirdə zavodun rəhbər və mühəndis heyəti ilə birlikdə obyektin ümumi ərazisinin, istehsalat sahələrinin yanğın təhlükəsizliyinin vəziyyəti öyrənilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Bundan əlavə, Dərin Özüllər Zavodunda kollektivin yanğın təhlükəsizliyinə dair biliklərinin artırılması məqsədilə "Odlu və qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydaları" mövzusunda nəzəri-praktiki seminar keçirilmişdir. Seminarda həyat fəaliyyəti və yanğın təhlükəsizliyi ilə bağlı zəruri məlumatlar verilmiş, ilkin yanğınsöndürmə vasitələrinin təsnifatı və tətbiq olunma qaydası haqqında söhbət aparılmışdır. Tədbirdə, həmçinin odsöndürən balonlardan istifadə qaydası əyani şəkildə nümayiş etdirilmiş, suallar cavablandırılmışdır.  

 

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Horadiz şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  28 sentyabr 2018-ci il tarixində Horadiz şəhərində, Muğam Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17 sentyabr 2018-ci il tarixində məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Akademiyasında andiçmə mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 14 sentyabr 2018-cı il tarixində ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimi keçirilmişdir. ...

Ardını oxu