AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ



Geri

SOCAR-ın Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsində yanğın təhlükəsizliyinə dair tədbir keçirilmişdir

Dövlət Yanğından Mühafizə Xidməti 28 fevral 2018-ci il tarixində SOCAR-ın Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsində yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbir keçirmişdir.

Tədbirdə rəhbər və mühəndis heyəti ilə birlikdə obyektin ümumi ərazisinin, istehsalat sahələrinin yanğın təhlükəsizliyinin vəziyyəti öyrənilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Tədbirdə obyektin mühəndis, texniki işçiləri, fəhlə və qulluqçularına  "Neft sənayesinin yanğın təhlükəsizliyi: ərazi,  bina və avadanlıqlara olan tələblər" mövzusunda nəzəri-praktiki seminar keçirilmişdir. Seminar iştirakçıları neft sənayesi müəssisələrində ərazinin saxlanma xüsusiyyətləri və yanğın təhlükəsizliyinə dair digər tələblər barədə məlumat verilmişdir. Təbliğat xarakterli söhbətlərdə ilkin yanğınsöndürmə vasitələri və həmin vasitələrin tətbiqi qaydalarından danışılmış, yanğın zamanı ilkin hərəkətlər üzrə praktiki məşğələlər keçirilmişdir. 

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Gəncə şəhərində vətəndaşların qəbulunun tarixi dəyişmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  21 dekabr 2018-ci il tarixində Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək 25 yanvar 2019-cu il tarixinə təyin edilmişdir....

Ardını oxu

Nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin milli günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin milli günü münasibətilə dekabrın 17-də Qətər Dövlətinin ölkəmizdəki səfirliyi tərəfindən təşkil edilmiş rəsmi qəbulda iştirak etmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı münasibətilə 15 dekabr 2018-ci il tarixində Kollegiya iclası keçirilmişdir. ...

Ardını oxu