AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ






Geri

DYMX Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda yanğın təhlükəsizliyinə dair tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 7 fevral 2018-ci il tarixində Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbir keçirmişdir.   

Əvvəlcə, zavodun rəhbər və mühəndis heyəti ilə birlikdə obyektin ümumi ərazisinin, istehsalat sahələrinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair vəziyyəti oyrənilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Texniki baxışdan sonra müəssisənin mühəndis və texniki işçiləri üçün “Neft sənayesinin yanğın təhlükəsizliyi: ərazi, bina və avadanlıqlara olan tələblər” mövzusunda nəzəri-praktiki seminar keçirilmişdir. Seminar iştirakçılarına yanğın təhlükəsizliyinə dair tələblər haqqında ətraflı məlumat verilmişdir. Həmçinin zavod əməkdaşlarının sözügedən məsələlərlə bağlı təlimatlandırılmasının vacibliyi qeyd olunaraq müvafiq tövsiyələr verilmişdir. Toplantıda texniki təhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, "Neft, qaz və neft - kimya sənayesində təhlükəsizlik Qaydaları” üzrə biliklərin yoxlanılması, “Yanğın təhlükəsizliyi qaydaları”na əməl olunmasının zəruriliyi də diqqətə çatdırılmışdır.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələri, onların təsnifatı, tətbiq olunma qaydası haqqında ətraflı məlumat verilmiş, odsöndürən balonlardan istifadə olunma qaydası əyani şəkildə nümayiş etdirilmişdir.  

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 23 may 2018-ci il tarixdə SOCAR-ın Neft Daşları Neft və Qazçıxarma İdarəsində yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbir keçirmişdir. ...

Ardını oxu

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirmişdir

23 may 2018-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilmişdir. ...

Ardını oxu

Yanğın təhlükəsizliyinə həsr olunmuş məşq keçiriləcək

22 may 2018-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu Cavadxan küç 68a ünvanında yerləşən 5 nömrəli tam orta məktəbdə “Yanğın zamanı davranış qaydaları üzrə bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də yanğın zamanı xilasetmə və yanğınsöndürmə bölmələri ilə məktəbin cavabdeh vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətdə iş təcrübəsinin daha......

Ardını oxu