AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ





Geri

“Xəzər -2017” beynəlxalq təlimi başlanmışdır

2 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə “Xəzər-2017” beynəlxalq təliminə start verilmişdir. “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti” mövzusunda keçirilən təlimə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında başlanılmışdır. 

Tədbirdə fövqəladə hallar nazirinin müavinləri - təlimin rəhbəri general-leytenant Etibar Mirzəyev, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirinin müavini Vladlen Aksenov, İran İslam Respublikasının daxili işlər nazirinin müavini İsmail Nəcər, habelə Qazaxıstan Daxili İşlər Nazirliyi nəzdində komitə sədrinin müavini Marat Kuldikov, Türkmənsitan Müdafiə Nazirliyinin baş idarə rəisi Pənah İlyasov, eyni zamanda Azərbaycanın Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd və Dövlət Təhlükəsizlik xidmətlərinin, Müdafiə, Daxili İşlər, Səhiyyə nazirliklərinin, Dövlət Dəniz Administrasiyasının, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin, Dövlət Neft Şirkətinin və “BP” Şirkətinin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə, təlim iştirakçıları Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşlar. Sonra qonaqlar FHN-in Akademiyasında fəaliyyət göstərən “Heydər Əliyev Mərkəzi” ilə tanış olmuşlar.

Tədbiri açıq elan edən təlimin rəhbəri, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirakçıları salamlayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi xarici dövlətlərlə, xüsusən də Xəzəryanı dövlətlərlə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində səmərəli əməkdaşlığa böyük əhəmiyyət verir və təşkil edilmiş beynəlxalq təlim də bu diqqətin bariz nümunəsidir. O, FHN-in xarici dövlətlərin müvafiq qurumları ilə təlimlərdə yaxından iştirak etdiyini, eyni zamanda fövqəladə hallara qarşı birgə mübarizə sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırmışdır. Bu tədbirin Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə Bakıda keçirilən ilk beynəlxalq təlim olduğunu vurğulayan nazir müavini qeyd etmişdir ki, təlimə ümumilikdə 1100 nəfər şəxsi heyət, 208 texnika, 2 təyyarə, 5 helikopter, 8 gəmi və 6 xüsusi təlim görmüş it cəlb edilmişdir. Nazir müavini Etibar Mirzəyev bu tədbirin baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində birgə əməkdaşlığın inkişaf etdirilməsində böyük rol oynayacağına ümidvar olduğunu bildirmiş, təlim iştirakçılarına uğurlar aruzlamışdır.

Təlimdə çıxış edən Xəzəryanı dövlətlərin müvafiq qurumlarının şəxsi heyət rəhbərləri dəvətə və təşkilatçılığa görə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təşəkkürlərini bildirmişlər.

Sonra masaüstü qəraragah təlim ilə bağlı əməliyyat müşavirəsi keçirilmişdir. Müşavirə zamanı təlimlə bağlı hazırlanmış videoçarx nümayiş olunmuş, qərargahla, eyni zamanda Xəzəryanı dövlətlərin müvafiq qurumlarının təlimdə iştirak edən şəxsi heyətləri ilə videobağlantı yaradılaraq informasiya mübadiləsi edilmişdir.

Beynəlxalq təlim 3 noyabr 2017-ci il tarixində Bakının Qaradağ rayonu ərazisində, Xəzər dənizinin cənub-qərb hissəsində davam etdiriləcəkdir. 

Digər məlumatlar

FHN-in Akademiyasında BƏƏ Milli Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

22 noyabr 2017-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Milli Müdafiə Kollecinin bir qrup yüksək rütbəli tələbə heyəti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında görüş keçirilmişdir. ...

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  24 noyabr 2017-ci il tarixində Zərdab şəhərində, Zərdab Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 16 noyabr 2017-ci il tarixində Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. ...

Ardını oxu