AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ





Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 4-də ölkəmizdə səfərdə olan İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən ətraflı danışaraq ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs etmişdir. Nazir çoxşaxəli fəaliyyətə malik olan “Leonardo” şirkəti ilə fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Səmimi görüşə görə təşəkkürünü bildirən “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo rəhbərlik etdiyi şirkətin Azərbaycanla əməkdaşlıqda hər zaman maraqlı olduğunu diqqətə çatdırmış, fövqəladə hallarla mübarizə sahəsindəki əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin mühümlüyündən danışmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.

Digər məlumatlar

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın növbəti ekspert görüşü keçirilmişdir

15 fevral 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilmişdir. ...

Ardını oxu

Dübəndi Neft Terminalında maarifləndirmə tədbiri keçirilmişdir

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti 15 fevral 2018-ci il tarixində SOCAR Neft Kəmərləri İdarəsinin struktur vahidi olan Dübəndi Neft Terminalında yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

DYMX Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda yanğın təhlükəsizliyinə dair tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 7 fevral 2018-ci il tarixində Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbir keçirmişdir.    ...

Ardını oxu