AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİBB XİDMƏTİ






Geri

29 may 2020-ci il saat 23:30-dək:

Ucar rayonunun Əlikənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 may 2020-ci il saat 16:00-dək:

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində, ümumi sahəsi 60 m² olan otaqda 3 ədəd oturacaq yanıb. Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, içərisində təkər və taxta tullantıları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m² olan külafirənginin taxtadan ibarət tavanı 20 m² sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Tovuz rayonunun Düz Cırdaxan kəndində “УАЗ” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 may 2020-ci il saat 12:45-dək:

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin bir otağında divan qismən yanıb. Yanğın, yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi ev sahibi tərəfindən söndürülüb.

Geri

29 may 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

29 may 2020-ci il saat 07:00-dək:

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 20 m² olan xidməti otağın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar yanıb. Bitişik bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 may 2020-ci il saat 04:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Quba rayonunun Ördüc kəndi ərazisində “УАЗ” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.