AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİBB XİDMƏTİ






Geri

20 iyun 2019-cu il saat 17:30-dək:

Siyəzən rayonunun Yenikənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən söndürülüb. Yanğının söndürülməsi işlərinə Rayon İcra Hakimiyyətinin yerli qüvvələri də cəlb edilib.

Yanğın nəticəsində 40 ha sahədə quru ot, kol-kos, 5 ha biçilmiş və 20 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub.

Geri

20 iyun 2019-cu il saat 14:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda ağırçəkili 1 nəfərin evdən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərib.

Geri

20 iyun 2019-cu il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Siyəzən rayonunun Yenikənd kəndi yaxınlığında, geniş ərazidə quru ot, kol-kos, biçilmiş taxıl sahəsi və qismən biçilməmiş taxıl sahəsi yanır.

Yanğının digər əkin sahələrinə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

20 iyun 2019-cu il saat 14:00-dək:

Ağcabədi rayonunun Şahsevən kəndində ümumi sahəsi 210 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə və içərisində 15 kiloqram barama yanıb. Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı ot tayası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

20 iyun 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami, Yasamal və Sabunçu rayonlarında ayrı-ayrı ünvanlarda biri azyaşlı olmaqla 5 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşlara müvafiq köməklik göstərib;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.​

Geri

20 iyun 2019-cu il saat 08:45-dək:

Qəbələ rayonunun Abrıx kəndində “ГАЗ” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

20 iyun 2019-cu il saat 07:00-dək:

Biləsuvar rayonunda ümumi sahəsi 48 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 14 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Hüsülü kəndində ümumi sahəsi 16 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərinin Baş Küngüt kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 57 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 8 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.