AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
İmişli rayonu, Telişli kəndində 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Şəmkir rayonu, Qapanlı kəndində “QAZ” markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 5 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Suraxanı rayonunda “Iran Khodro” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Masallı rayonunun Göyəçöl kəndində ümumi sahəsi 210 m2 olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 55 m2 sahədə, ikinci mərtəbədə 3 otağın və dəhlizin yanar konstruksiyaları 105 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.