AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİBB XİDMƏTİ





Geri

13 yanvar 2018-ci il saat 23:15-dək:

Xaçmaz rayonu, Bəyqışlaq kəndində ümumi sahəsi 182 m2 olan ikimərtəbəli 7 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində aynabəndin tavanı 3 m2 sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür. ​

Geri

13 yanvar 2018-ci il saat 22:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində evdə köməksiz vəziyyətdə qalmışlar. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır. ​

Geri

13 yanvar 2018-ci il saat 18:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində evdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır. ​

Geri

13 yanvar 2018-ci il saat 17:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şirvan rayonunda birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çökmüş və 1 nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Mülkü müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri xəsarət almış vətəndaşı dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​

Geri

13 yanvar 2018-ci il saat 16:45-dək:

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü və 2 otağın tavanı 58 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

13 yanvar 2018-ci il saat 13:30-dək:

Goranboy rayonunda ümumi sahəsi 150 m2 olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində 1 otağının tavanı 40 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

13 yanvar 2018-ci il saat 12:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonu, Həsənqaya kəndində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində evdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri evin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

13 yanvar 2018-ci il saat 11:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​

Geri

13 yanvar 2018-ci il saat 06:45-dək:

Gədəbəy rayonu, Qoşabulaq kəndində ümumi sahəsi 110 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​