AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİBB XİDMƏTİ



Geri

“Sağlamlıq cəhətdən qüsurlu insanların fəlakət risklərinin azaldılması tədbirlərinə daxil edilməsi” mövzusunda seminar keçirilib

18 sentyabr 2019-cu il tarixində “Park İNN” otelində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi (EUR-OPA), UNİCEF və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəlikləri ilə birlikdə seminar keçirib. “Sağlamlıq cəhətdən qüsurlu insanların fəlakət risklərinin azaldılması tədbirlərinə daxil edilməsi” mövzusunda keçirilən seminarın əsas məqsədi beynəlxalq tərəfdaşları, dövlət qurumlarını, maraqlı tərəfləri, vətəndaş cəmiyyətinin və yerli QHT-lərin nümayəndələrini və fəlakətlər zamanı insan hüquqlarının müdafiəsi,  təşviqi və sağlamlıq cəhətdən qüsurlu insanlara inklüziv yanaşma üzrə öncül təcrübələr sahəsində spesifik təcrübə və biliyə malik ölkələrin ekspertlərini bir araya gətirməkdir.

Tədbiri Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev açaraq iştirakçıların nəzərinə çatdırıb  ki, seminar EUR-OPA Böyük Risklər Sazişinin və bu istiqamətdə həyata keçirilən digər beynəlxalq və milli tədbirlərin nəticələrini təqdim etmək, sağlamlıq cəhətdən qüsurlu insanların ehtiyaclarını və sağlamlıq imkanı məhdud şəxslərin, miqrantların, məcburi köçkünlərin, qaçqınların və uşaqların qarşılaşdığı çətinlikləri müəyyən etmək üçün bir imkan olacaqdır.

Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişinin icraçı katibi Canluka Silvestrini, UNİCEF-in Azərbaycandakı Nümayəndeliyinin rəhbəri Edvard Karvardin, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Qriqoriyev seminarın təşkilinə görə təşəkkürlərini bildirib və tədbirin əhəmiyyətindən danışıblar.

Paralimpiyaçı idmançı Zinyət Vəliyeva tədbirin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, sağlamlıq imkanı məhdud şəxslərin problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən mühüm layihələrin önəmini vurğulayıb.   

Seminarda “Azərbaycanda sağlamlıq cəhətdən qüsurlu insanların təhlükələrdən qorunması sahəsindəki cari vəziyyətin təhlili”, “Sağlamlıq cəhətdən qüsurlu insanlara təhlükələrdən qoruması üzrə beynəlxalq öncül təcrübələr, layihələr və alətlər” mövzusunda məruzələr dinlənilib, həssas qrupların təhlükələrdən qorunması üzrə Azərbaycana ən uyğun ssenariyə dair fikir mübadiləsi aparılıb.

Seminara 19 sentyabr 2019-cu il tarixində yekun vurulacaq.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video)

8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir....

Ardını oxu

FHN-də Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş toplantı keçirilib (Video)

10 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aparatında cari ilin fevral ayının 5-də və 6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş toplantı keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video - Yenilənib)

8 oktyabr 2019-cu il tarixində saat 00:41-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu