AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİBB XİDMƏTİ





Geri

FHN əməkdaşları təltif olunmuşlar

8 noyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Xəzər-2017” beynəlxalq təlimlərində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilmişdir. Beynəlxalq Mülki Müdafiə Təşkilatı və Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin aradan qaldırılması üzrə Nazirliyi tərəfindən verilmiş medallar əməkdaşlara fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev tərəfindən təqdim edilmişdir. Nazir müavini Etibar Mirzəyev təltif olunmuş FHN əməkdaşlarını təbrik edərək onlara xidmətdə uğurlar arzulamışdır.

Xatırladaq ki, 2 və 3 noyabr 2017-ci il tarixlərində Bakı şəhərində Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti” mövzusunda  “Xəzər-2017” beynəlxalq təlimi keçirilmişdi. 

Digər məlumatlar

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu

Dəm qazı təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti (Video)

Qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır... ...

Ardını oxu