AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI






Geri

29 iyun 2020-ci il saat 19:30-dək:

Hacıqabul rayonunun Ağacanlı kəndində ümumi sahəsi 400 m2 olan talvarın altına yığılan karton taralar 200 m2 sahədə yanıb. Talvar və bitişik sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində "ВАЗ" markalı minik avtomobilinin salonu qismən yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun Çayarxı kəndində ümumi sahəsi 336 m2 olan ikimərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 146 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2020-ci il saat 18:45-dək:

Ağstafa rayonunun Poylu kəndi yaxınlığında meşə zolağında 3 ha sahədə quru ot, kol-kos və kənd bələdiyyəsinə məxsus ərazidə 1 ha sahədə qamışlıq yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

29 iyun 2020-ci il saat 14:30-dək:

Goranboy rayonunun Səfikürd kəndində ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qax rayonunun Ləkit kəndində ümumi sahəsi 150 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və çardağına yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 iyun 2020-ci il saat 13:25-dək:

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

29 iyun 2020-ci il saat 12:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.
Geri

29 iyun 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri

29 iyun 2020-ci il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.
Geri

29 iyun 2020-ci il saat 08:00-dək:

Bakı şəhərinin Yasamal rayonunda "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunun Əliqasımlı kəndində həyətyanı sahədə yığılan 7 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Cardam kəndində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 2 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Cəlilabad rayonunun Ağdaş kəndində ümumi sahəsi 80 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 750 kq ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.