AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI



Geri

26 mart 2020-ci il saat 18:30-dək:

Bərdə rayonunun Qarayusifli kəndində həyətyanı sahəyə yığılan 14 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 mart 2020-ci il saat 17:30-dək:

Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 16 m2 olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sabirabad rayonunun Nərimankənd kəndində ümumi sahəsi 150 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 3 otağının yanar konstruksiyaları və içərisinə yığılan ev əşyaları 95 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.

Geri

26 mart 2020-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1982-ci il təvəllüdlü Ağayev Ruslan Akif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

26 mart 2020-ci il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 3 nəfər  bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Geri

26 mart 2020-ci il saat 08:00-dək:

Cəlilabad rayonunun Maşlıq kəndində ümumi sahəsi 120 m² olan talvarın yanar konstruksiyaları 75 m² sahədə və altına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunun Quyçu kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli, tavanı qamışdan ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.