AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI





Geri

17 oktyabr 2020-ci il saat 18:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağdaş rayonunun Nemətabad kəndi ərazisində “ВАЗ" və “Chery” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1988-ci il təvəllüdlü Sadıqov Orxan Cavid oğlunun meyitini deformasiyaya uğrayan"ВАЗ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Geri

17 oktyabr 2020-ci il saat 14:00-dək:

Şabran rayonunun Uzunboyad kəndində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 54 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 19 ton ot bağlaması, bitişik ümumi sahəsi 30 m² olan tövlənin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdaki ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb​.
Geri

17 oktyabr 2020-ci il saat 11:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.​

Geri

17 oktyabr 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

17 oktyabr 2020-ci il saat 07:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 50 m² olan 1 otaqda soyuducu və pəncərə çərçivəsi 4 m² sahədə yanıb. Zirzəmi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.