AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI



Geri

22 sentyabr 2019-cu il saat 11:00-dək:

Cəlilabad rayonunun Cəfərxanlı kəndində ümumi sahəsi 320 m² olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Geri

22 sentyabr 2019-cu il saat 10:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə, Şəmkir rayonunun Yeni Həyat kəndində 1 nəfərin naməlum şəraitdə su hovuzuna düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən su hovuzu boşaldılıb və orada aşkarlanan 2005-ci il təvəllüdlü Heydərov Fərid Sakit oğlunun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Geri

22 sentyabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi, Binəqədi və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən  beşi azyaşlı olmaqla 7 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

22 sentyabr 2019-cu il saat 08:00-dək:

Şirvan şəhərində transformatorun yanar hissələri və 4 p.m çıxış kabeli yanıb. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Saatlı rayonunun Hacıqasımlı kəndində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.