AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI






Geri

22 avqust 2019-cu il saat 21:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan və Corat sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Geri

22 avqust 2019-cu il saat 16:15-dək:

Masallı rayonunun Mollaoba kəndində ümumi sahəsi 108 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə və kol-kos 300 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Geri

22 avqust 2019-cu il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa köməklik göstərib.

Geri

22 avqust 2019-cu il saat 14:00-dək:

Sabirabad rayonunun Yaxa Dəllək kəndində 3 ton ot bağlamasının 0,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 avqust 2019-cu il saat 13:30-dək, ilkin məlumata əsasən:

Salyan rayonunun Çuxanlı kəndində ümumi sahəsi 70 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 14 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ucar rayonunun Bərgüşad kəndində ümumi sahəsi 88 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılan 1,8 ton ot bağlamasının 1,2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 avqust 2019-cu il saat 11:30-dək:

Şəki şəhəri, Sarıca kəndində 8 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 avqust 2019-cu il saat 10:15-dək:

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, 22.08.2019-cu il tarixində saat 09:41-də Gəncə stansiyasından 43 km cənubda, Kəlbəcər-Goranboy rayonları sərhəddində, 11 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Geri

22 avqust 2019-cu il saat 09:15-dək:

Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 1480 m² olan qarışıq mallar mağazasının yanar konstruksiyaları və içərisinə yığılan mallar 60 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 avqust 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal və Nəsimi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 nəfərin liftdən çıxarılması təmin edilib;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İmişli rayonunun Qaravəlili kəndində “Mercedes” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

22 avqust 2019-cu il saat 08:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda onüçmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində ümumi sahəsi 160 m² olan 4 otaqlı mənzilin 1 otağında çarpayı və yataq dəsti yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gədəbəy rayonunun Çalburun kəndində 9 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Talabıqışlaq kəndində ümumi sahəsi 32 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 3 ton ot bağlamasının 2 tonu və digər, ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 4 ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunun Bulduq kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin və bitişik ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.