AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI



Geri

15 avqust 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil verib.

Geri

15 avqust 2019-cu il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sabirabad rayonunun Qaratəpə kəndində “KİA” və “ГАЗ” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “KİA” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

15 avqust 2019-cu il saat 08:00-dək:

Qusar rayonunda ümumi sahəsi 36 m² olan şəkər istehsalı sexinin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.