AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI






Geri

14 mart 2019-cu il saat 17:30-dək:

Masallı rayonunun Binə Xocavar kəndində ümumi sahəsi 100 m² olan tikilinin (dülgər sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 80 m² sahədə və içərisindəki taxta tullantıları yanıb. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsində 4 ton ot bağlamasının 1,7 tonu yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Tatalılar kəndində ümumi sahəsi 78 m² olan talvarın yanar konstruksiyaları, yaxınlıqda yığılan 10 ton ot bağlamasının 4 tonu və yol kənarında 150 m² sahədə kol-kos yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 mart 2019-cu il saat 16:00-dək:

Şəki şəhərinin Cəfərabad kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisində 1,5 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 mart 2019-cu il saat 15:15-dək:

Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsində 2,7 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 mart 2019-cu il saat 11:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata görə, dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışları başa çatıb. S.Vəlişovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Geri

14 mart 2019-cu il saat 11:00-dək:

Tərtər rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli üçotaqlı evin mətbəxində partlayış baş verib. Partlayış dalğasının təsirindən mətbəxdə 2 ədəd pəncərə çərçivəsi dağılıb. Yanğın hadisəsi baş verməyib. Hadisə zamanı 1 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri

14 mart 2019-cu il saat 09:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Geri

14 mart 2019-cu il saat 08:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 2 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Yasamal rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 105 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Dünyamalılar kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.