AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI







Geri

14 iyun 2018-ci il saat 16:15-dək:

Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsində ümumi sahəsi 28 m2 olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə, ona bitişik ümumi sahəsi 28 m2 talvarın yanar konstruksiyaları və altına yığılmış əşyalar yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonunun Çinarlı kəndində ümumi sahəsi 100 m2 olan ikimərtəbəli köməkçi tikilinin ikinci mərtəbəsinin tavanı 40 m2 sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

14 iyun 2018-ci il saat 13:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

14 iyun 2018-ci il saat 08:45-dək:

Beyləqan rayonunun Aşıqalılar kəndində 4 ton ot bağlamasının 3,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.