AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI







Geri

17 may 2018-ci il saat 23:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Geri

17 may 2018-ci il saat 21:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

17 may 2018-ci il saat 20:30-dək:

Abşeron rayonunda ümumi sahəsi 12 m2 olan külafirənginin yanar konstruksiyaları, altında olan masa və oturacaqlar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

İmişli rayonunun Cəfərli kəndində həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Saatlı rayonunun Günəşli kəndində həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
 
Yevlax şəhərinin Duzdağ qəsəbəsində həyətyanı sahəyə yığılmış 4,5 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

17 may 2018-ci il saat 20:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

17 may 2018-ci il saat 17:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

17 may 2018-ci il saat 14:30-dək:

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 100 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə və damına yığılmış 10,5 ton ot bağlamasının 5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

17 may 2018-ci il saat 12:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

17 may 2018-ci il saat 05:00-dək:

Bakı şəhəri, Binəqədi rayonunda "Opel" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

17 may 2018-ci il saat 02:45-dək:

Tərtər rayonu, Hacallı kəndində həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 5 tonu və yaxınlıqdakı ümumi sahəsi 40 m2 olan tövlənin çardağı 4 m2 sahədə yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

17 may 2018-ci il saat 02:00-dək:

Gəncə şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

17 may 2018-ci il saat 01:45-dək:

Biləsuvar rayonu, Nəsimi kəndində ümumi sahəsi 130 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə və içərisinə yığılmış 3 ton ot bağlamasının 500 kiloqramı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olumuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür