AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI





Geri

11 noyabr 2017-ci il saat 04:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

11 noyabr 2017-ci il saat 00:55-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz şəhərində 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Şimal Regional Mərkəzinin xilasediciləri mənzilin qapısını açmış və yatmış vəziyyətdə olan azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​

Geri

11 noyabr 2017-ci il saat 00:20-dək:

Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 48 m2 olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 m2 sahədə və ümumi sahəsi 63 m2 olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 25 m2 sahədə, dəhlizin, mətbəxin və aynabəndin lambirindən ibarət tavanı 34 m2 sahədə yanmışdır. Mənzillərin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda “Kamaz” markalı yük avtomobilinin kabinə hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.