AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI






Geri

Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti! (Video)

Son dövrlər Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə azyaşlıların mənzillərdə köməksiz vəziyyətdə bağlı qapı arxasında və liftdə qalması barədə daxil olan əməliyyat məlumatlarının sayında artım müşahidə edilir. Belə ki, cari ilin iyul və avqust aylarında qaynar xəttə köməksiz vəziyyətdə qalan azyaşlılar barədə bağlı qapı arxasında qalma 42, liftdə qalma hadisəsi üzrə isə 33 əməliyyat məlumatı daxil olub. Ümumilikdə, 75 əməliyyatda 89 azyaşlı təhlükədən xilas olunaraq ailə üzvlərinə və yaxınlarına təhvil verilib.

Bu kimi hadisələrin sayının çoxalmasını, mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək açıq elektrik naqilləri, elektrik plitəsi, qaz sobası, açıq eyvan və pəncərələr, düşə biləcək ağır əşyalar, kimyəvi maddələr və s. kimi amillərin mövcudluğunu nəzərə alaraq, valideynləri körpə və azyaşlılara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Kəlağaylı kəndi yaxınlığında bu gün baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Avqustun 29-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Kəlağayı kəndində mürəkkəb relyefli dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Son günlər ərzində Oğuz-Qəbələ rayonları istiqamətində mürəkkəb relyefli dağlıq zonada ümumilikdə 500 ha sahədə meşə, meşəətrafı kol-kos, örüş sahələri və bələdiyyə fonduna aid ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb....

Ardını oxu