AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI






Geri

FHN Mətbuat xidmətinin məlumatı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xətti”nə Bakı şəhərində güclü küləyin yaratdığı fəsadlar və dağıntılarla bağlı müxtəlif xarakterli müraciətlər daxil olub. Həmin müraciətlərə əsasən, 5 avqust 2019-cu il tarixində Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici qrupları müxtəlif səpkili xilasetmə və təhlükəsizlik əməliyyatları həyata keçiriblər. Belə ki, qeyd edilən tarixdə Bakı şəhər Nərimanov, Nəsimi və Yasamal rayonlarında ağacların aşması nəticəsində sakinlərin piyada və avtonəqliyyat vasitələri ilə sərbəst hərəkəti məhdudlaşıb. Hadisə yerinə gedən xilasedici qruplar təhlükəsizlik qaydalarına riayət etməklə ağacların qırılmış hissələrini doğrayaraq kənara çəkib və vətəndaşların təhlükəsiz hərəkətini təmin ediblər. Bundan əlavə, paytaxtın Səbail rayonunda yerləşən Azərbaycan Dövlət Musiqili Teatrının binasının damında dəmir şiferin qopması nəticəsində bina sakinləri üçün təhlükəli vəziyyət yaranıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dəmir şiferi kəsib kənarlaşdıraraq vətəndaşların təhlükəsizliyini təmin ediblər. Həmçinin, Nəsimi rayonu ərazisində çoxmənzilli yaşayış binasının damında külək nəticəsində alkaponun bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması bina sakinlərinin həyatı üçün təhlükə yaradıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri 7 mərtəbəli yaşayış binasının damına çıxaraq alkaponu kəsib kənarlaşdıraraq təhlükəsizliyi təmin ediblər.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (yenilənib - Video)

Xəbər verildiyi kimi, bu gün Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddətdə söndürülüb......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb. ...

Ardını oxu