AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI






Geri

FHN-ə işə qəbulla əlaqədar müsabiqədə iştirak etmiş vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar 2019-cu ilin aprel-may aylarında keçirilmiş müsabiqədə iştirak etmiş və müvəffəqiyyət qazanmış şəxslərin xidmətə qəbul prosesini sürətləndirmək, tibbi şəhadətləndirməni  operativ aparmaq və qısa müddət ərzində başa çatdırmaq məqsədi ilə namizədlərin tibbi şəhadətləndirməyə dəvət olunma tarixlərində dəyişiklik aparılmışdır. Namizədlər yeni tarixlərdə tibbi şəhadətləndirmə və sənədləşdirməyə dəvət olunurlar (siyahı əlavə olunur).

Tibbi şəhadətləndirmə və sənədləşdirməyə gələn şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tərcümeyi-hal;
  • şəxsiyyət vəsiqəsinin əsli və notarial təsdiq edilmiş surəti;
  • təhsil haqqında sənədin əsli və notarial təsdiq edilmiş surəti;
  • hərbi biletin əsli və notarial təsdiq edilmiş surəti;
  • evli olanlar üçün: Nikah haqqında Şəhadətnamənin notarial təsdiq edilmiş surəti;
  • valideyn və ya qəyyum olanlar üçün: uşaqlarının Doğum haqqında Şəhadətnaməsinin (qəyyumluq haqqında sənədin) notarial təsdiq edilmiş surəti;
  • sağlamlıq haqqında arayış (Forma № 086);
  • Vərəm Əleyhinə Dispanserdən arayış;
  • Dəri-Zöhrəvi Dispanserdən arayış;
  • Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış;
  • Narkoloji Dispanserdən arayış.

Qeyd: siyahıda adı göstərilən namizədlərdən dəvət tarixindən əvvəl tibbi şəhadətləndirmədən keçmiş şəxslərin təkrar gəlməsinə ehtiyac yoxdur.

Əlavə məlumat üçün (012) 512-05-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.

Digər məlumatlar

Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində olub

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcanın başçılıq etdiyi nümayəndə heyəti 21 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində olub. ...

Ardını oxu

Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platformanın işində iştirak edib

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 13-17 may 2019-cu il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Fəlakət Risklərinin Azaldılması üzrə Qlobal Platformanın işində iştirak edib. Platformanın gündəliyi “Dayanıqlığın Dividendləri: Dayanıqlı və Əhatəli Cəmiyyətlərə Doğru” mövzusuna həsr olunub. ...

Ardını oxu

FHN Sumqayıt şəhəri və Bakı şəhərinin Qaradağ rayonu üzrə işə qəbulla əlaqədar müsabiqə elan edir

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri və Bakı şəhərinin Qaradağ rayonu üzrə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. ...

Ardını oxu