AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI






Geri

Şamaxı şəhərində operativ müşavirə keçirilib (VİDEO)

12 aprel 2019-cu il tarixində Şamaxı şəhərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin iştirakı ilə fevral ayının 5-də və 6-da Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ müşavirə keçirilib. Müşavirənin keçirilməsində məqsəd zəlzələnin nəticələrinin aradan qaldırılması ilə həyata keçirilmiş tədbirlərin, o cümlədən ziyan çəkmiş vətəndaşların şikayətlərinə baxılması vəziyyətinin, qəzalı evlərin sökülməsi və onların yerində yeni mənzillərin inşası ilə bağlı bugünədək görülmüş işlərin, həmçinin qarşıya çıxan problemlərin aradan qaldırılması yollarının müzakirə edilməsi olub. Müşavirədə Fövqəladə Hallar Nazirliyinin, habelə aidiyyəti dövlət orqanlarının, o cümlədən “Azərenerji” ASC, “Azərişıq” ASC və “Azərsu” ASC-nin məsul şəxsləri də iştirak edib.

Müşavirədə çıxış edən nazir K.Heydərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlərin görülməsi istiqamətində mühüm tapşırıqlar verib və görülən işlər bilavasitə ölkə başçısının nəzarəti altındadır.

Nazir təmir-tikinti işləri həyata keçirilərkən aidiyyəti qurumların üzərlərinə düşən vəzifələrinin vaxtında icrasının vacibliyini diqqətə çatdırb. Qeyd edib ki, kommunikasiya xətləri tikinti başlamamışdan əvvəl operativ olaraq ümumi şəbəkədən ayrılmalı, evlərin tikintisi başa çatdırıldan sonra dərhal qoşulmalıdır. Nazir yeni evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinin sənədləşdirilməsi işinin sürətləndirilməsinin zəruri olduğunu da diqqətə çatdırıb.

Müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov bildirib ki, üç rayon üzrə zəlzələ ilə bağlı ümumilikdə 8891 müraciət daxil olub. Müvafiq komissiyalar tərəfindən indiyədək 8749 müraciətə baxılıb ki, onlardan 5435-i Şamaxıda, 2085-i Ağsuda, 1229-u İsmayıllı rayonundadır. Şamaxıda 270, Ağsuda 266, İsmayıllıda 112 evin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Ümumilikdə, 648 qəzalı vəziyyətdə olan ev var ki, bu günə qədər həmin evlərdən 272-si sökülüb. Hazırda digər evlərin podratçı şirkət tərəfindən sökülməsi və onların yerində inşaat işlərinin aparılması üçün hazırlıq işləri görülür. Sürüşmə zonasında yerləşən evlər üçün yeni torpaq sahələri ayrıldıqdan sonra həmin vətəndaşlara da yeni fərdi yaşayış evlərinin tikilməsi nəzərdə tutulur.

Müşavirədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək zəlzələnin fəsadlarının aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, şikayətlərin yerində araşdırılması istiqamətində görülən işlərdən danışıblar.

Müşavirədə podratçı tikinti şirkətinin rəhbəri gördükləri işlər barədə məlumat verib. Bildirilib ki, sökülən evlərin yerində iki gün ərzində yeni evin inşasına başlanılır.

Tədbirə yekun vuran nazir K.Heydərov diqqətə çatdırıb ki, AMEA-nın Geologiya İnstitutu və rayon icra hakimiyyətləri evlərin inşası üçün yerlərin seçilməsində diqqətli olmalıdırlar. Tikinti aparılarkən evlərin qeyri-sürüşmə zonalarında tikilməsinə xüsusi diqqət yetirilməlidir. Tikinti işləri sürətlə, eyni zamanda keyfiyyətli aparılmalıdır.

Nazir, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıq edib. O, xatırladıb ki, Mehriban xanım zəlzələ baş verən ilk gündən könüllüləri zəlzələ bölgəsinə göndərib, köməkçisi Anar Ələkbərov bir neçə dəfə bu bölgədə olub. Eləcə də Ağsu, Şamaxı və İsmayıllıda bir neçə evin inşasını Heydər Əliyev Fondu öz üzərinə götürüb. Nazir əlavə edib ki, görülən işlər cənab Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Ona görə də hər bir qurum öz məsuliyyətini artırmalıdır. Yeni evlərin inşası və bərpası vaxtında başa çatdırılmalıdır ki, zərər çəkən ailələr rahat, gözəl evlərdə yaşasınlar.

Nazir söküntü və tikinti işlərinin plana uyğun olaraq vaxtında icra edilməsi və sentyabr ayına kimi yekunlaşdırılması üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

Digər məlumatlar

FHN-ə işə qəbulla əlaqədar müsabiqədə iştirak etmiş vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar 16-18 aprel 2019-cu il tarixlərində nazirliyin Gəncə Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə Gəncə şəhərində, Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə Qəbələ şəhərində... ...

Ardını oxu

FHN matros-xilasedici vəzifəsinə müsabiqə elan edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir. ...

Ardını oxu

FHN işə qəbulla əlaqədar növbəti müsabiqə elan edir (Video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə davam edir. ...

Ardını oxu