AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI






Geri

Heydər Əliyev Fondu və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Heydər Əliyev Fondu və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə 12 aprel 2019-cu il tarixində Sumqayıt şəhər general Məhəmməd Əsədov adına İnteqrasiya təlimli internat tipli və Sumqayıt şəhər internat tipli gimnaziyaların şagirdləri Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəaliyyəti ilə tanış olublar.

Tədbirin keçirilməsində əsas məqsəd gimnaziyaların şagirdlərinin Fövqəladə Hallar Nazirliyinin, o cümlədən FHN Akademiyasının fəaliyyəti barədə məlumatlandırılması, onlarda fövqəladə hallar orqanlarında xidmətə maraq yaradılması və peşə seçiminə kömək etmək olub.

Heydər Əliyev Fondunun nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə sözügedən gimnaziyaların yuxarı sinif şagirdləri iştirak ediblər.

Əvvəlcə, qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada şagirdlərə ümummilli liderin həyat və fəaliyyəti barədə geniş məlumat verilib, ulu öndərin ömür yolu barədə film nümayiş olunub.

Sonra Akademiyanın muzeyi ilə tanış olan şagirdlər Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı film izləyiblər.

Akademiyanın konfrans zalında şagirdlərlə görüşən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev onları salamladıqdan sonra Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş bu tədbirin əhəmiyyətini vurğulayıb və şagirdlərin gələcək peşə seçimlərində bu görüşün önəmli rol oynayacağına inandığını bildirib. Burada şagirdlərə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, strukturuna daxil olan qurumlar, müxtəlif fövqəladə hallar zamanı davranış qaydaları haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Daha sonra yanğın-təlim nöqtəsində yanğınsöndürmə və xilasetmə texnikası ilə tanışlıq, şərti qəzaya uğramış avtomobilin kəsilməsi və xəsarət almış şəxsin çıxarılması, eyni zamanda şərti yanğının söndürülməsi əməliyyatının canlı nümayişini şagirdlər xüsusi maraqla qarşılayıblar. Şagirdlər kursantların alpinist divarına qalxma məşqini də izləyiblər.

Bundan əlavə, kurslantların sıra hazırlığı nümayiş olunub, şagirdlər də kursantlarla birgə həmin hazırlıqda iştirak ediblər.

Sonra şagirdlər FHN-in İdman-sağlamlıq kompleksindəki idman zalları, müxtəlif idman qurğuları, üzgüçülük hovuzu və trenajor zalı ilə tanış olublar.

Şagirdlər tədbirin sonunda ali təhsil ocağının kursantları ilə birgə nahar ediblər.

Sonda şagirdlərlə birgə xatirə şəkli çəkdirilib.

Digər məlumatlar

FHN-ə işə qəbulla əlaqədar müsabiqədə iştirak etmiş vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar 16-18 aprel 2019-cu il tarixlərində nazirliyin Gəncə Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə Gəncə şəhərində, Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə Qəbələ şəhərində... ...

Ardını oxu

FHN matros-xilasedici vəzifəsinə müsabiqə elan edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir. ...

Ardını oxu

FHN işə qəbulla əlaqədar növbəti müsabiqə elan edir (Video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə davam edir. ...

Ardını oxu