AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI



Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilmişdir

8 fevral 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2018-ci ildə görülmüş işlərin və cari ildə qarşıya qoyulmuş vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirak etmişdir.

Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov ötən ilin yanğın hadisələrini təhlil edərək nəzərə çatdırmışdır ki, 15229 yanğın hadisəsinin söndürülməsinə ümumilikdə 152290 əməkdaş, 32087 yanğınsöndürmə texnikası cəlb olunmuş, yanğınların söndürülməsi zamanı 2401 obyekt - 129 dövlət, 351 özəl obyekt,  321 çoxmənzilli bina, 591 fərdi ev, 522 yardımçı tikili, 487 ədəd müxtəlif təyinatlı texnika yanğından mühafizə edilmişdir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev müşavirədə çıxış edərək respublikamızda yanğından mühafizə qurumlarının döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasının vacibliyini bildirmişdir. Nazir müavini yanğınların ləğv edilməsi, qəzaların nəticələrinin aradan qaldırılması zamanı və digər mürəkkəb xarakterli xüsusi şəraitlərdə qüvvə və vasitələrin bacarıqla idarə olunması ilə bağlı tövsiyələrini vermişdir.        

Etibar Mirzəyev, həmçinn Xəzər dənizi akvatoriyasında neft və qaz sənayesi obyektlərinin yanğın təhlükəsizliyini təmin edən yanğından mühafizə qurumlarının fəaliyyətinin daha da gücləndirilməsinin əhəmiyyətindən danışmışdır.

Digər məlumatlar

Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir

Fevralın 8-də fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Nazirliyin müvafiq strukturlarının rəhbər şəxsləri zəlzələnin baş verdiyi Şamaxı rayonunda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərin gedişi ilə tanış olmaq məqsədilə bölgəyə səfər etmişlər. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov zəlzələ baş vermiş bölgədə olmuşdur (Yenilənib)

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Nazirliyin digər... ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov zəlzələ baş vermiş bölgədədir

Xəbər verdiyimiz kimi, fevralın 5-də saat 23:31-də Pirqulu  stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınmışdır......

Ardını oxu