AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI







Geri

Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirliklərinin birgə məlumatı

2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş vermişdir.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilmişdir.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunmuşdur.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilmişdir.

Saat 08.30-da yanğın söndürülmüş, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilmişdir.

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş vermişdir.

Həyata keçirilən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.​

Digər məlumatlar

FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17 sentyabr 2018-ci il tarixində məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Akademiyasında andiçmə mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 14 sentyabr 2018-cı il tarixində ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimi keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanla görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 13 sentyabr 2018-ci il tarixində İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu