AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI






Geri

Fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü seçilmişdir

Dekabrın 6-da Fövqəladə Hallar Nazirliyində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Rəyasət Heyətinin üzvü, akademik Gennadiy Rodin təmsil olunduğu akademiyanın həqiqi üzvü seçilən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə diplom və döş nişanını təqdim etmişdir.

Qeyd edək ki, noyabrın 22-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyası Rəyasət Heyətinin iclası keçirilmişdir. İclasda Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının akademiki Gennadiy Rodinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Təbii fəlakətlər və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının  müraciəti ilə bağlı məlumatı dinlənilmişdir.

İclasda  Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi  Akademiyasının Bakı şöbəsinin yaradılması, Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyası rəhbərliyinin, həqiqi üzvlərinin seçilməsi, Akademiya üzvlərinin mükafatlandırılması haqqında qərar qəbul edilmişdir.

AMEA-nın müxbir üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müdiri, texnika elmləri doktoru, professor İslam Mustafayev Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi  Aklademiyasının Bakı şöbəsinin rəhbəri təsdiq olunmuşdur.

Tibb üzrə fəlsəfə doktoru, Azərbaycanın əməkdar həkimi, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova, AMEA-nın müxbir üzvü professor İslam Mustafayev, texnika elmləri doktoru, professor Fuad Hacızadə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi  Akademiyasının həqiqi üzvləri seçilmişlər.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Cəlilabad şəhərində vətəndaşların qəbulunun tarixi dəyişmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 26 oktyabr 2018-ci il tarixində Cəlilabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişmişdir. Qəbulun tarixi barədə əlavə məlumat veriləcəkdir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 18 oktyabr ­­­– Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

“Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş FHN əməkdaşları təltif olunmuşlar

17 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilmişdir. Təltifləri təlim iştirakçılarına təqdim edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev onları təbrik edərək xidmətdə uğurlar arzulamışdır. ...

Ardını oxu