AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI





Geri

FHN-in Akademiyasına Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Halar Nazirliyinin Akademiyasında  9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və  12 noyabr - Konstitusiya Günü münasibətilə tədbir keçirilmişdir.

Əvvəlcə, Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulmuşdur.

FHN-in Akademiyasının akt zalında keçirilən tədbir dövlət himninin oxunması ilə başlanmışdır. Tədbiri açıq elan edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov toplantı iştirakçılarını hər iki bayram münasibətilə təbrik etmişdir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın bayrağı, sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” fikirləri ilə çıxışına davam edən Akademiyanın rəisi bildirmişdir ki, dahi rəhbərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev Azərbaycanın dövlət atributlarını həmişə uca tutur. Ölkə başçısının Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında tarixi sərəncamı buna parlaq misaldır.

O, qeyd etmişdir ki, Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır. Ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan xalqının maraqlarına xidmət edən siyasət sayəsində Əsas Qanunda əksini tapmış müddəaların reallaşdırılması nəticəsində Azərbaycan dövləti daha da qüdrətlənmiş, yüksəkrəqabətli iqtisadiyyatın qurulması mümkün olmuş, ölkəmiz regionun aparıcı dövlətinə və dünya miqyasında etibarlı tərəfdaşa çevrilmişdir.

Toplantı iştirakçılarını təbrik edən Milli Məclisin üzvü, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli bildirmişdir ki, bayraq dövlətin rəmzlərindən biridir və hər bir ölkə, onun vətəndaşları üçün müqəddəsdir. Azərbaycan Demokratik Respublikasının qurucuları olmuş babalarımızdan bizə yadigar qalan milli sərvətimizin - üçrəngli bayrağımızın məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cəsarətli addımı və uzaqgörənliyi sayəsində yenidən xalqımıza qaytarıldığını deyən natiq bu dövlət atributunun qorunmasının hər bir Azərbaycan vətəndaşının, o cümlədən əsgər və zabitinin müqəddəs vəzifəsi olduğunu diqqətə çatdırmışdır.

Akademik İsa Həbibbəyli qeyd etmişdir ki, ümumxalq referendumu əsasında 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə hüquqi-demokratik dövlət quruculuğunun daim inkişaf etdirilməsinə tam təminat verir. Tarixə “Heydər Əliyev Konstitusiyası” kimi daxil olmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi-demokratik dövlət quruluşuna və ölkə vətəndaşlarının geniş hüquqları və azadlıqlarına dair müddəalar öz əksini tapmışdır. Bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın demokratik cəmiyyətin təməlləri ildən-ilə möhkəmlənir. 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış evlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 13-15 noyabr 2017-ci il tarixilərində paytaxtın Səbail, Xətai və Nizami rayonlarının və Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış binalarındakı mənzillərdə sakinlər......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi taktiki-xüsusi təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 noyabr 2017-ci il tarixində Liman şəhər Neft Bazasında “Fövqəladə hallar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirmişdir. ...

Ardını oxu

FHN-in qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və FHN-in İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı ilə 16-17 noyabr 2017-cı il tarixlərində nazirliyin qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilmişdir. ...

Ardını oxu