AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

BÖHRAN VƏZİYYƏTLƏRİNDƏ İDARƏETMƏ MƏRKƏZİ





Geri

22 may 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

22 may 2020-ci il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, meşəlik ərazidə 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlunun itkin düşməsi barədə məlumat daxil olub. Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Geri

22 may 2020-ci il saat 06:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

22 may 2020-ci il saat 02:30-dək:

Xaçmaz rayonunda “Audi" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 may 2020-ci il saat 01:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.