AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

BÖHRAN VƏZİYYƏTLƏRİNDƏ İDARƏETMƏ MƏRKƏZİ






Geri

18 yanvar 2019-cu il saat 14:15-dək:

Ucar rayonunun Rəstəcə kəndində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları və dam örtüyü 10 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Ağstafa rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri və salonunun üzlük hissəsi qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

18 yanvar 2019-cu il saat 12:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 2 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

18 yanvar 2019-cu il saat 09:00-dək:

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 50 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 10 m² sahədə və ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 2 m² sahədə yanmışdır. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Yardımlı rayonunun Ünəç kəndində ümumi sahəsi 100 m² olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları və tikiliyə bitişik, ümumi sahəsi 80 m² olan talvarın altına yığılmış 8 ton ot bağlamasının 5 tonu yanmışdır. Tikilinin, ot bağlamasının qalan hissəsi və talvar yanğından mühafizə olunmuşdur.​

Geri

18 yanvar 2019-cu il saat 05:30-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanmışdır. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 6 m² sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.