AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

BÖHRAN VƏZİYYƏTLƏRİNDƏ İDARƏETMƏ MƏRKƏZİ





Geri

14 sentyabr 2017-ci il saat 02:00-dək:

Biləsuvar rayonunda ümumi sahəsi 144 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 3 m2 sahədə yanmışdır. Yanğın zamanı ev sahibi tüstüdən zəhərlənmiş və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 sentyabr 2017-ci il saat 01:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılaraq qalması barədə məlumat daxil olmuşdur. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq dəmir halqanı kəsmiş və vətəndaşın barmağından çıxarmışlar. Əməliyyat saat 00:29-da başa çatmışdır.

Geri

14 sentyabr 2017-ci il saat 00:30-dək:

Ucar rayonunda ümumi sahəsi 180 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın zamanı ev sahibi müxtəlif yanıq xəsarətləri almış və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.