AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

BÖHRAN VƏZİYYƏTLƏRİNDƏ İDARƏETMƏ MƏRKƏZİ






Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Polşa Respublikasında səfərdə olmuşdur

Sentyabrın 4-də fövqəladə hallar naziri, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşa Respublikasında səfərdə olmuşdur. 

Səfər çərçivəsində Polşa Respublikasının hökumət nümayəndələri ilə görüşlər keçirilmiş,  səmərəli müzakirələr aparılmışdır.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Polşanın xarici işlər naziri Yatsek Çaputoviç, sahibkarlıq və texnologiya naziri, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri Yadviqa Emileviç, infrastruktur nazirinin müavini, Azərbaycan Respublikası – Polşa Respublikası nəqliyyat və logistika işçi qrupunun Polşa tərəfindən həmsədri Andjey Bittel ilə görüşmüşdür. Görüşlərdə Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində müvafiq sahələr üzrə əməkdaşlığın inkişafı və Komissiyanın növbəti iclasına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə edilmişdir. Həmçinin, görüşlər zamanı iki ölkə arasında iqtisadi, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində Azərbaycan-Polşa iqtisadi “dəyirmi masası” keçirilmişdir. “Dəyirmi masa”da ölkələrimiz arasında iqtisadi inkişafın hazırki səviyyəsi müzakirə edilmiş, mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Yenilənib - Video)

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri də cəlb olunub. ...

Ardını oxu

FHN Mətbuat Xidmətinin məlumatı (Video)

10 avqust 2019-cu il tarixdə saat 16:58-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə çatarkən artıq bina tam alovlanmış vəziyyətdə olub.......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Qurban bayramı günlərində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qurumları və regional mərkəzləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.​.....

Ardını oxu