AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

BÖHRAN VƏZİYYƏTLƏRİNDƏ İDARƏETMƏ MƏRKƏZİ






Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində vətəndaşları qəbul etmişdir

24 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 64, digər məsələlərlə bağlı müraciət etmiş 97 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.

 

 

Digər məlumatlar

Yanğın təhlükəsizliyinə həsr olunmuş məşq keçiriləcək

22 may 2018-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu Cavadxan küç 68a ünvanında yerləşən 5 nömrəli tam orta məktəbdə “Yanğın zamanı davranış qaydaları üzrə bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də yanğın zamanı xilasetmə və yanğınsöndürmə bölmələri ilə məktəbin cavabdeh vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətdə iş təcrübəsinin daha......

Ardını oxu