AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ





Geri

18 oktyabr 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri

18 oktyabr 2020-ci il saat 08:00-dək:

Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 45 m² olan çayxananın dam örtüyünün yanar konstruksiyaları yanıb. Çayxananın qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Neftçala rayonunda ümumi sahəsi 144 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 25 m² sahədə və dəhlizinin lambirdən ibarət tavanı 6 m²  yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.