AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ



Geri

14 avqust 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa köməklik göstərib.

Geri

14 avqust 2019-cu il saat 08:00-dək:

Ağcabədi rayonunun Salmanbəyli kəndində 6 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 avqust 2019-cu il saat 01:30-dək:

Ağstafa rayonunun Köçəsgər kəndində 20 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.