AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ






Geri

12 iyun 2019-cu il saat 06:00-dək:

Beyləqan rayonunda 50 ha sahədə quru ot və 30 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun Cəyirli kəndində ümumi sahəsi 80 m² olan lambirin üzlükdən ibarət tikilinin (mağaza kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində 3 ədəd soyuducu yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhəri, Qaradağ rayonunda "ГАЗ” markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi, çadırdan ibarət banı və 1 ədəd ehtiyat təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun Mirzəhüseynli kəndində 2,5 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb. Digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunun Yalman kəndində 2,5 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.