AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ






Geri

15 mart 2019-cu il saat 13:00-dək:

Zaqatala rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli evin çardağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

15 mart 2019-cu il saat 12:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Geri

15 mart 2019-cu il saat 09:00-dək:

İmişli rayonunun Qaragüvəndikli kəndində 210 m² sahədə kol-kos, qamış və 50 p.m kabel yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

 
Sabirabad rayonunun Qaratəpə kəndində ümumi sahəsi 300 m² olan talvarın altına yığılmış 6 ton ot bağlamasının 3 tonu, taxtadan ibarət çəpər 20 m² sahədə və yol kənarında 10 m² sahədə kol-kos yanıb. Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Beyləqan rayonunun Eyvazalılar kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

15 mart 2019-cu il saat 08:45-dək:

Bakı şəhərinin Nərimanov rayonunda “Suzuki” markalı iki yük avtomobilinin kabinə hissəsi, bir avtomobil qoşqusu və ümumi sahəsi 5 m² olan dəmir köşkün içərisində avtomobil ehtiyat hissələri yanıb. Yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Qazax rayonunun Cəfərli kəndində 2 ha sahədə kol-kos və ağac yanıb. Meşə yanğından mühafizə  olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

15 mart 2019-cu il saat 08:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin ikinci mərtəbəsində qaz sayğacı və elektrik kabeli 5 p.m yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nizami rayonunda “İran Khodro” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qazax rayonunun Kosalar kəndində ümumi sahəsi 240 m² olan tövlənin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.