AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ



Geri

15 mart 2019-cu il saat 09:00-dək:

İmişli rayonunun Qaragüvəndikli kəndində 210 m² sahədə kol-kos, qamış və 50 p.m kabel yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

 
Sabirabad rayonunun Qaratəpə kəndində ümumi sahəsi 300 m² olan talvarın altına yığılmış 6 ton ot bağlamasının 3 tonu, taxtadan ibarət çəpər 20 m² sahədə və yol kənarında 10 m² sahədə kol-kos yanıb. Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Beyləqan rayonunun Eyvazalılar kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

15 mart 2019-cu il saat 08:45-dək:

Bakı şəhərinin Nərimanov rayonunda “Suzuki” markalı iki yük avtomobilinin kabinə hissəsi, bir avtomobil qoşqusu və ümumi sahəsi 5 m² olan dəmir köşkün içərisində avtomobil ehtiyat hissələri yanıb. Yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Qazax rayonunun Cəfərli kəndində 2 ha sahədə kol-kos və ağac yanıb. Meşə yanğından mühafizə  olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

15 mart 2019-cu il saat 08:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin ikinci mərtəbəsində qaz sayğacı və elektrik kabeli 5 p.m yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nizami rayonunda “İran Khodro” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qazax rayonunun Kosalar kəndində ümumi sahəsi 240 m² olan tövlənin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.