AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ



Geri

12 fevral 2019-cu il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda biri azyaşlı olmaqla 4 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

12 fevral 2019-cu il saat 19:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

12 fevral 2019-cu il saat 16:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, İmişli rayonunda 1 nəfər yanacaqdaşıyan avtomobilin üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirmişdir. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınmışdır. Əməliyyat başa çatmışdır.

Geri

12 fevral 2019-cu il saat 16:30-dək:

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 47 m² olan ikiotaqlı mənzilin 1 otağında ev əşyaları 6 m² sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmişdir. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 fevral 2019-cu il saat 14:00-dək:

Göyçay rayonunun Şahsoltanlı kəndində ümumi sahəsi 1150 m² olan fermanın içərisinə yığılmış 20 ton ot bağlaması yanmışdır. Yüksək temperaturdan fermanın metal konstruksiyalardan ibarət dam örtüyü 200 m² sahədə deformasiyaya uğramışdır. Fermanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 fevral 2019-cu il saat 10:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonunun Şahsoltanlı kəndində fermada yanğın baş verməsi barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunmuşdur. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Geri

12 fevral 2019-cu il saat 09:00-dək:

İsmayıllı rayonunun İvanovka kəndində ümumi sahəsi 48 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar qismən yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində “Toyota” markalı minik avtomobili yol kənarına aşmış, nəticədə yanğın baş vermişdir. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanmışdır. Yaxınlıqdakı elektrik dirəkləri yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Ağstafa rayonunda istirahət mərkəzinin ərazisində ümumi sahəsi 180 m² olan talvarın yanar konstruksiyaları (taxta konstruksiyalardan ibarət) 100 m² sahədə yanmışdır. Yanğın zamanı talvarın altında olan 100 litr həcmli 3 ədəd qaz balonundan ikisi yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılmış, biri isə partlamışdır. Talvarın qalan hissəsi, 2 ədəd qaz balonu və ərazidə olan digər tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.