AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ






Geri

11 fevral 2019-cu il saat 17:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

11 fevral 2019-cu il saat 16:30-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 60 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

11 fevral 2019-cu il saat 14:00-dək:

Şamaxı rayonunun Şəhriyar qəsəbəsində idman məktəbinə məxsus ümumi sahəsi 240 m² olan idman zalının plastikdən ibarət giriş qapısı yanmış, yüksək temperaturdan lambirindən ibarət tavanı 25 m² sahədə ərimişdir. İdman zalının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.​
Geri

11 fevral 2019-cu il saat 10:00-dək:

07.02.2019-cu il tarixində Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçay çayının sahilində aparılan qazıntı işləri (qum-çınqıl karxanası) zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun axtarışları davam etdirilir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunmuşdur. Qazıntı işləri nəticəsində yaranan su hövzəsində (dərinliyi 12-15 metr) suyun səviyyəsinin azaldılması məqsədilə “Körpü-Bina-Tikinti” MMC tərəfindən suçəkmə işləri həyata keçirilir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Geri

11 fevral 2019-cu il saat 09:00-dək:

Abşeron rayonunda ümumi sahəsi 30 m² olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki taxta materiallar yanmışdır. Bitişik tikili yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

11 fevral 2019-cu il saat 07:00-dək:

Lənkəran şəhərində "Mercedes" markalı mikroavtobusun mühərrikində elektrik avadanlıqları qismən yanmışdır. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Geri

11 fevral 2019-cu il saat 05:00-dək:

Goranboy rayonunun Hazırəhmədli kəndində ümumi sahəsi 80 m² olan tövlənin çardağının yanar konstruksiyaları 20 m² sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Geri

11 fevral 2019-cu il saat 04:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.