AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ






Geri

12 iyul 2018-ci il saat 22:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

Geri

12 iyul 2018-ci il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər xilas olunmuşdur.

Geri

12 iyul 2018-ci il saat 21:50-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Geri

12 iyul 2018-ci il saat 21:40-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 25 m² olan köməkçi tikilinin dam örtüyü 20 m² sahədə və 650 m² sahədə quru ot yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 iyul 2018-ci il saat 21:30-dək:

Salyan rayonunun Qarabağlı kəndində ümumi sahəsi 105 m² olan talvarın yanar konstruksiyaları və altına yığılmış 12 ton ot bağlamasının 8 tonu yanmışdır. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti almışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Geri

12 iyul 2018-ci il saat 21:10-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açmış və orada aşkarlanan 1948-ci il təvəllüdlü Novruzov Dilənçi Qədim oğlunun cəsədini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Geri

12 iyul 2018-ci il saat 20:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi, Yasamal və Suraxanı rayonlarında 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışlar. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

12 iyul 2018-ci il saat 19:30-dək:

Yevlax şəhərinin Xanabad kəndində 79 ha biçilmiş taxıl sahəsi və 1 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı yüksəkgərginlikli elektrik hava xətləri, meşə zolağı və ferma yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 iyul 2018-ci il saat 13:40-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

12 iyul 2018-ci il saat 12:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Tikiliyə bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 iyul 2018-ci il saat 11:30-dək:

07.07.2018-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Burunqovaq kəndi yaxınlığında sıx kolluq və qamışlıq olan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb edilmişdir. Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının keçilməz sıx kolluq və qamışlıq olan bataqlıq ərazidə baş verdiyi, yaxınlıqdakı meşə zolağına keçmə təhlükəsinin olduğu müəyyən edilmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunmuşdur.
Həyata keçirilmiş yanğınsöndürmə tədbirləri nəticəsində yanğın 11.07.2018-ci il tarixində saat 20:50-də söndürülmüşdür.

Yanğın nəticəsində 230 ha sahədə sıx kollar və qamışlıq yanmışdır. Yaxınlıqdakı meşə zolağı, ərazidəki yulğun ağacları və ətraf ərazilər yanğından mühafizə olunmuşdur.

Geri

12 iyul 2018-ci il saat 11:00-dək:

Göyçay rayonunun Qızılağac kəndində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 iyul 2018-ci il saat 10:10-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

12 iyul 2018-ci il saat 05:10-dək:

Qax rayonunun Zəyəm kəndində ümumi sahəsi 180 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 37 ton ot bağlamasının 19 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.