AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XƏZƏR HÖVZƏ QƏZA-XİLASETMƏ XİDMƏTİ





Geri

09 noyabr 2018-ci il saat 19:45-dək:

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 200 m² olan tikilinin (boya sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 100 m² sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti almışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

09 noyabr 2018-ci il saat 19:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​
Geri

09 noyabr 2018-ci il saat 19:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

09 noyabr 2018-ci il saat 18:45-dək, ilkin məlumata əsasən:

Ağsu rayonunun Abasxanlı kəndində ümumi sahəsi 144 m² olan tövlənin yanar konstruksiyaları, damına yığılmış 13 ton ot bağlamasının 7 tonu və içərisinə yığılmış 2 ton arpa yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

09 noyabr 2018-ci il saat 16:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

09 noyabr 2018-ci il saat 15:45-dək, ilkin məlumata əsasən:

Göyçay rayonunun Hacalıkənd kəndində ümumi sahəsi 180 m² olan tövlənin çardağının yanar konstruksiyaları 20 m² sahədə və çardağına yığılmış 2 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Geri

09 noyabr 2018-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 140 m² olan tikilinin (boya sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 60 m² sahədə və damına yerləşdirilmiş iki ədəd plastik su çəni yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

09 noyabr 2018-ci il saat 10:15-dək:

Masallı rayonunun Qızılavar kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin tavanı və çardağı 120 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

09 noyabr 2018-ci il saat 08:00-dək:

Goranboy rayonunun Xanqərvənd kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Şabran rayonunun Rəhimli kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonunun Sabiroba kəndində həyətyanı sahəyə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yaxılıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonunun Göyük kəndində "Opel" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

09 noyabr 2018-ci il saat 06:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin barmağında olan üzük sıxılaraq qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri üzüyü kəsmiş və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​